Yazını böyüt
Yazını kiçilt
Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsindəki zəlzələ ilə bağlı dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Hafta.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.
“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə minnətdarlığını bildirir”, - nazir bildirib.
Qeyd edək ki, Venesuelada baş verən zəlzələ nəticəsində azı 164 nəfər ölüb, 1000-ə yaxın insan yaralanıb.